29 dekabr 2025 08:16
448

Meksikada qatarın relsdən çıxması nəticəsində 13 nəfər həlak olub

Meksikanın cənubundakı Oaksaka ştatında qatarın relsdən çıxması nəticəsində baş vermiş qəzada azı 13 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, qatarda 9-u heyət üzvü olmaqla 250 nəfər olub. Hadisə nəticəsində 98 nəfər xəsarət alıb.