29 dekabr 2025 08:30
87

Çin Tayvan ətrafında hərbi təlimə başlayıb

Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) şərq qoşunları Tayvan adasının ətrafında “Ədalət missiyası 2025” adlı genişmiqyaslı hərbi təlimə başlayıb.

“İki sahil” xəbər verir ki, adanın şimal, şərq, cənub, cənub-qərb və cənub-şərq hissəsində keçirilən təlimlərə quru, dəniz, hava və raket qüvvələrinin bölmələri cəlb olunub. ÇXAO-nun yaydığı məlumatda deyilir ki, təlimlər zamanı dənizdə və havada döyüş hazırlığının təmin edilməsi, hərtərəfli üstünlüyün birgə ələ keçirilməsi, əsas limanların və ərazilərin blokadası, eləcə də ada zənciri xaricində hərtərəfli çəkindiricilik məsələlərinə diqqət yetirilicək.

"Tayan adasına fərqli istiqamətlərdən gəmilərin və təyyarələrin yaxınlaşması ilə müxtəlif növ qoşun bölmələri birgə əməliyyatlar aparmaq imkanlarını yoxlamaq üçün ortaq şərti hücumlar həyata keçirirlər”, - deyə ÇXAO-nun Şərq komandanlığının sözçüsü Şi İ bildirib. O, təlimlərin “Tayvanın müstəqilliyi”ni müdafiə edən separatçı qüvvələrlə və xarici müdaxilələrə qarşı sərt bir xəbərdarlıq olduğunu deyib.