29 dekabr 2025 08:42
94

İŞİD-ə qarşı keçirilən əməliyyatda 7 polis yaralanıb

Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı atışma baş verib, 7 polisə əməkdaşı yaralanıb.

“İki sahil” bu barədə "Report" "HaberGlobal"a istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə Yalova ilində baş verib. Belə ki, Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib. Əməliyyat zamanı evdə olan şübhəli şəxslər atəş açıb və nəticədə 7 polis əməkdaşı yaralanıb. Bursa şəhərindən gələn xüsusi təyinatlı polislərin də dəstəklədiyi əməliyyat bölgə ətrafında təhlükəsizlik tədbirləri görülməklə davam edir.

Yaralanan polislərin həyati təhlükəsi yoxdur.