Polis Bakının Xətai, Qaradağ və Nizami rayonlarında əməliyyat keçirib, 27 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı 27 yaşlı N.Şıxalıyev, 39 yaşlı N.Nəsibov və 26 yaşlı M.Mustafa saxlanılıb, onlardan 27,7 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 100 ədəd metadon həbi aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.
YAP Nizami rayon təşkilatının fəalları və könüllüləri şəhid ailələrini ziyarət ediblər
Gələn ilin əvvəlində “Vəkil evi”nin açılış mərasiminin keçirilməsi planlaşdırılır