“Baku City Kartinq”də ölüm hadisəsi baş verib.
“İki sahil” "Bakupost.az-a istinadla xəbər verir ki, hadisə yanvarın 1-i saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov 15 ünvanında baş verib.
Belə ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub və nəticədə o, hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi açılıb, Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Sayt məsələ ilə bağlı “Baku City Kartinq”lə əlaqə saxlamağa çalışsa da, zənglərə cavab verilməyib.