Avropa İttifaqı Serbiyaya gələcək tamhüquqlu üzv kimi yox, Ukraynadakı münaqişə üçün hərbi resurs kimi baxır.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Serbiyanın keçmiş baş nazir müavini Aleksandar Vulin bildirib.

“Biz onlara Ukrayna döyüş meydanında piyada və minatəmizləyən kimi lazımıq. Onlara məhz bu üçün gərəkik. Amma Avropa İttifaqının tamhüquqlu üzvü kimi yox”, — deyə, Vulin bildirib.
Daha əvvəl Serbiya lideri Aleksandar Vuçiç Avropa ölkələrinin Rusiya ilə mümkün silahlı toqquşmaya hazırlaşdıqlarını söyləmişdi.
Vuçiç həmçinin Serbiyanın Avropa İttifaqına sursat satması məsələsinə də münasibət bildirib. Respublika prezidenti qeyd edib ki, alıcılar həmin sursatla istədiklərini edə bilərlər. Daha sonra Vuçiç Serbiyanın bu sursatların Ukraynaya verilməməsi üçün çalışdığını da əlavə edib.