06 yanvar 2026 15:36
197

Praqa Hava Limanı AZAL-ın reysi ilə bağlı insidentə münasibət bildirib - YENİLƏNİB

Yanvarın 5-də Praqa aeroportunda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıya uçuş həyata keçirən reysi ilə bağlı yaranmış insident təhlükəsizlik orqanlarının yurisdiksiyasındadır və Çexiya polisinin səlahiyyətlərinə daxildir.

“İki sahil” xəbər verir ki, Bu barədə Praqa Hava Limanından bildirilib.

Qeyd edilib ki, Praqa Hava Limanı Praqa-Bakı reysində baş vermiş hadisə və ya bu işdə iştirak edən şəxslərlə bağlı əlavə məlumat vermək imkanında deyil: "Məsələ təhlükəsizlik orqanları tərəfindən araşdırılıb və Çexiya polisi tərəfindən səlahiyyəti çərçivəsində icra olunur".