08 yanvar 2026 11:24
153

Paytaxt sürət həddi bərpa edilib

Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "İki sahil"ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Həmçinin bildirilib ki, hava şəraitindən asılı olaraq yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarının operativ məlumatlandırılması təmin ediləcək.

Xatırladaq ki, Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar olaraq ötən gün Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi saatda 40 kilometrə, Heydər Əliyev prospekti-Mərdəkan-Zağulba-Bilgəh yollarında isə bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometrə endirilib. NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda, bütün tablolarda “dumanlı hava” işarəsi qoyulub.