09 yanvar 2026 08:21
138

Sumqayıtda zavodda partlayış baş verib

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

“İki sahil” xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.