Hələlik qəzetimizi həftədə bir dəfə, 24 səhifə çıxarmağı planlaşdırırıq, lakin imkanlar yaranarsa, satış və reklam potensialımız genişlənərsə “525-ci qəzet”i həftədə bir dəfə 32 səhifə həcmində çap edə bilərik. Çünki bu qəzetin bir ənənəsi var və qalın nömrələrimizin özünəməxsus oxucu auditoriyası mövcuddur.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirdi.
Çalışacağıq ki, bu ənənəni qoruyub saxlayaq. “525-ci qəzet”in şənbə nömrələri bir çox insanlar üçün nostalji əhəmiyyət daşıyır. Beləliklə, “525-ci qəzet”i qorumaqla həm oxucularımızın xatirələrini, həm də nostaljilərini qoruyub saxlayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”