12 yanvar 2026 00:59
55

Zəngəzur dəhlizinin starteji əhəmiyyəti

Azərbaycan 44 günlük vətən müharibəsində qələbə qazandıqdan sonra Naxçıvanla nəqliyyat əlaqəsinin bərpasına başladı. Bir müddət sonra Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandı. Prezident İlham Əliyev bu məsələyə xüsusi toxunaraq qeyd etmişdir: “Bu gün biz Türkiyəni və Azərbaycanı birləşdirən Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”.

Əslində, bu layihə Naxçıvanla  Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də Çin və orta Asiya ölkələrini Azərbaycan Türkiyə vasitəsilə Avropanın tranzit ölkələrinə və nəqliyyat xəttinə bağlayır. Bu dəhliz ölkəmizi Şərq və Qərbin mühim iqtisadi tərəfdaşına çevirir. Azərbaycan xalqı illər öncə əlindən alınmış bu dəhlizi əldə etməklə Zəngəzura sahib çıxmaq şansı qazanacaq və bu dəhliz böyük Turan yolunun bir parçası olacaq.
Azərbayacan bu gün məqsədinə çatıb. Bu gün Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə həm də ata vəsiyyətinin yerinə yetirmiş olur. Zəngəzurun Ermənistan daxilində qalması türk dünyasının parçalanması deməkdir. Çünki bu ərazi türk dünyasını birləşdirən ən əlverişli körpü rolunu oyanyır.  Nə xoş ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev mənfur düşmənin arzusunu gözündə qoydu.

Bəzi ekspertlərin fikrinə görə Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək.  Yeni dəhlizin regional müstəvidə önəmi böyükdür. Ən əhəmiyyətlisi Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmasıdır. Bu dəhlizin qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların Türkiyənin fərqinə və oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir.

Beləliklə də yaxın gələcəkdə Şərq – Qərb nəqliyyat dəhlizində inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır. Zəngəzur dəhlizinin yaranması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Bu on illərlə bir milli hədəf, Ulu Öndərin həyata keçirmək istədiyi missiya idi. Həmin missiyanın  Ümumilli Liderin davamçısı İlham Əliyev hədəfə çatdırdı . Zəngəzur da, İrəvan xanlığı da, Göyçə də bizim tarixi torpaqlarımızdır. Bunu gənc nəsillər də,dünya da bilməlidir.

Yeganə Əliyeva,
58 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi