Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli KİV telekanallarına verdiyi geniş,səmimi,ənənəvi müsahibə ölkənin ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Cənab Prezident üç saatda yax keçirilmiş müsahibə zamanı daxili və xarici siyasət, regional proseslər, beynəlxalq münasibətlər və Azərbaycanın gələcək inkişaf perspektivləri barədə ətraflı,strateji əhəmiyyətli fikirlər səsləndirmişdir. Bu müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri də Prezidentin “Biz hər zaman həqiqətə, ədalətə sadiq olmuşuq” fikri olmuşdur.
Bu ifadə Azərbaycan dövlətinin illər ərzində apardığı siyasətin əsas fəlsəfəsini əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dövlət idarəçiliyində əsas prinsip xalqın maraqlarına xidmət etmək, ədalətli və şəffaf qərarların qəbul edilməsidir. Son illərdə həyata keçirilən islahatlar, sosial rifahın yaxşılaşdırılması istiqamətində atılan addımlar və vətəndaş məmnunluğunun artırılması bu siyasətin real nəticələridir.
Dövlət başçısı müsahibəsində Azərbaycanın xarici siyasət xəttinə də toxunaraq qeyd etmişdir ki, ölkəmiz beynəlxalq münasibətlərdə həmişə beynəlxalq hüquqa, ədalətə və obyektivliyə əsaslanmışdır. Azərbaycan öz haqlı mövqeyini faktlara və tarixi reallıqlara söykənərək beynəlxalq ictimaiyyətə çatdırmışdır. Bu mövqe ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasına mühüm töhfə vermişdir. Prezident İlham Əliyev, eyni zamanda, medianın rolunu xüsusi qeyd edərək, yerli KİV-in həqiqətin cəmiyyətə düzgün çatdırılmasında mühüm missiya daşıdığını bildirmişdir. Onun sözlərinə görə, informasiya müharibəsi şəraitində milli medianın gücləndirilməsi, obyektiv və operativ məlumatların yayılması dövlət üçün strateji əhəmiyyət daşıyır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin “Biz hər zaman həqiqətə, ədalətə sadiq olmuşuq” fikri Azərbaycan dövlətinin siyasətinin mənəvi-siyasi əsasını ifadə edir. Dövlət,xalq,millət olaraq hər zaman ədalətin,həqiqətin tərəfdarı olmuş və öz haqqını sülh yolu ilə tələb etmişik.Sülhün tərəfdarı olmayanlara da illərlə haqqımız olanı necə əldə etmək lazımdır göstərmişik.Uzaqgörən,dövlətçilik prinsiplərinə əsaslanan,məqsədyönlü siyasət nəticəsində haqımız olanlara nail olmuşuq və olacayıq.Bu göstəricilər ölkənin həm daxili inkişafında, həm də beynəlxalq münasibətlər sistemində özünü aydın şəkildə göstərir və gələcəkdə də Azərbaycanın əsas yol xəritəsi olaraq rifahına,daha da inkişafına əsas prinsip olaraq qalacaqdır.
Ülviyyə Süleymanova,
58 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi