13 yanvar 2026 13:18
82

İranda hakimiyyətin keçidi üçün plan hazırlanıb - Rza Pəhləvi

"Iran Prosperity Project" (İran tərəqqi Layihəsi) adlı İranda hakimiyyətin keçidi planı hazırlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə 1979-cu ildə İranda devrilmiş şahın oğlu Rza Pəhləvi İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, plan bir neçə mərhələdən ibarətdir və onun hazırlanmasında həm ölkədən, həm də xaricdən 100-dən çox ekspert iştirak edib.