Çin Xalq Respublikası ABŞ-ın İranla ticarətə görə rüsumlar tətbiq etməsi halında öz milli maraqlarını qoruyacağını bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin "The Economic Times" qəzetinə açıqlama verib.
Onun sözlərinə görə, Pekinin mövqeyi dəyişməz olaraq qalır və seçici olmayan, birtərəfli rüsumların tətbiqinə qarşıdır: “Çinin rüsumlara qarşı mövqeyi ardıcıl və aydındır. Tarif və ticarət müharibələrində qalib olmur, məcburetmə və təzyiq isə problemlərin həlli yolu deyil.”
Diplomat vurğulayıb ki, Çin istənilən formada qeyri-qanuni, birtərəfli sanksiyalara, o cümlədən silahlandırma ilə bağlı məhdudiyyətlərə qarşı çıxır və beynəlxalq ticarətin siyasi alətə çevrilməsini qəbuledilməz hesab edir.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İranla əməkdaşlıq edən ölkələr ABŞ-la bütün əməliyyatlar üzrə 25 faiz həcmində rüsum ödəməli olacaqlar. Bu açıqlama beynəlxalq aləmdə narahatlıqla qarşılanıb və yeni ticarət gərginlikləri ilə bağlı müzakirələrə səbəb olub.
Paşinyan: Azərbaycandan benzin idxalı bazarımızda yanacağın ucuzlaşmasına səbəb olub