Hesablama Palatası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində dövlət vəsaitinin və balansında olan dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğu ilə bağlı yoxlama aparıb.
“İki sahil” bu barədə Palatanın hesabatına istinadən xəbər verir.
Yoxlama zamanı müəyyən edilib ki, Dövlət Xidməti xaricdəki Mədəniyyət Mərkəzinin əmlakının yanğından və digər risklərdən sığortalanması üzrə 2015–2024-cü illərdə 1 milyon 316 min 462,08 manat, eyni predmet üzrə Mədəniyyət Mərkəzi isə qeyri-rezident sığortaçıya 274 min 779,27 avro vəsait ödəyib.
Bununla bağlı Palata Maliyyə Nazirliyinə 19 noyabr 2024-cü il tarixində məktub göndərib.
Qeyd olunan məsələnin icrası bu günədək təmin edilməyib və izlənilməsi davam etdirilir.
“Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib
Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyanın yekunlarına dair Protokol imzalanıb