Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən istifadəyə verilən “AHİK Plus” tətbiqi həmkarlar ittifaqı üzvləri üçün nəzərdə tutulmuş müasir sosial dəstək və güzəşt platformasıdır. Tətbiq AHİK üzvlərinin gündəlik həyatında sosial və iqtisadi imkanların genişlənməsinə xidmət edir.
Qurumdan "İki sahil"ə verilən məlumata görə, “AHİK Plus” layihəsinin əsas məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsi, onlara müxtəlif sahələr üzrə əlavə üstünlüklərin təqdim olunması və sosial təminat mexanizmlərinin gücləndirilməsidir. Layihə üzvlərin maddi imkanlarının qorunmasına, ailə büdcəsinə qənaət edilməsinə və sosial faydaların artırılmasına yönəlib.
Tətbiq çərçivəsində AHİK-in tərəfdaşı olan müəssisə və xidmət təminatçıları vasitəsilə üzvlərə xüsusi endirimlər, bonuslar və güzəştlər təqdim olunur. Bu imkanlar təhsil, səhiyyə, istirahət, səyahət, xidmət və alış-veriş sahələrini əhatə edir. “AHİK Plus” üzvlərə vahid platforma üzərindən bu üstünlüklərdən rahat v şəkildə yararlanmaq imkanı yaradır.