Yanvarın 22-də və 24-də Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək futzal üzrə Azərbaycan millisinin təlim-məşq toplanışı üçün açıqlanmış heyətində dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Bildirilib ki, “Neftçi”nin üzvü Fərid Atakişiyev ailə vəziyyəti ilə əlaqədar hazırlıq prosesində və oyunlarda iştirak edə bilməyəcək.