19 yanvar 2026 14:35
185

SOCAR-ın növbəti “Məlumatlandırma günü” təşkil olunub - FOTO

SOCAR-ın ənənəvi korporativ tədbiri olan növbəti “Məlumatlandırma günü” təşkil olunub.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR paylaşım edib.

SOCAR əməkdaşları Nobel qardaşlarının 2008-ci ildə bərpa olunan ev-muzeyini ziyarət edərək, Nobel qardaşlarının fəaliyyəti və tarixi irsi ilə yerində tanış olub, ailəsi barədə dolğun məlumatlar əldə ediblər.

Tədbir çərçivəsində, həmçinin iştirakçılara Nobel qardaşlarının Bakıya gəlmə səbəbləri, "Branobel" şirkətinin qurulması barədə danışılıb.