Güclü qara baxmayaraq, "Azərişıq" ASC Cəlilabadda elektrik enerjisinin bərpasını davam etdirir.
ASC-dən “İki sahil”ə verilən məlumata görə, qar Cəlilabad rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində çətinliklər yaradıb.
Külək və qar xətlərdə qəzalara səbəb olub. Qar bağlayan yollarda nəqliyyatla hərəkət etmək, kəndlərə gediş-gəliş çətinləşib. Şaxtalı, qarlı havada bütün çətinliklərə baxmayaraq "Azərişıq" ASC-nin əməkdaşları bir neçə gündür həm Cəlilabadda, həm də güclü qar yağan digər rayonlarda baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz işləyir. Artıq bir sıra ərazilərdə enerjinin verilişi təmin olunub.
Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək.
Hazırda Yasamal rayonu, Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbində nəqliyyatın hərəkətində çətinlik yaranıb
Qar Cəlilabad–Yardımlı yolunda hərəkəti məhdudlaşdırıb, 50-dən çox kənd işıqsız qalıb
"Azərişıq": Cənub regionunda elektrik enerjisinin verilişində məhdudiyyətlər qısa zamanda aradan qaldırılacaq
Ukrayna səfiri: Azərbaycanın növbəti humanitar yardımı bizim üçün çox önəmlidir