21 yanvar 2026 09:42
92

Voleybolda X tur

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında X tura bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.

Saat 16:00-da "Ordu" "Gənclər"lə, 18:00-da isə "Murov Az Terminal" "Xilasedici" ilə münasibətləri aydınlaşdıracaq.