21 yanvar 2026 11:11
86

"Ayntraxt Frankfurt" klubu yeni baş məşqçi tapdı

"Ayntraxt Frankfurt" klubu boş qalan baş məşqçi postuna yeni namizəd tapıb.

“İki sahil” xəbər verir ki,  Frankfurt təmsilçisi Marko Roze ilə danışıqlar aparır.

49 yaşlı mütəxəssisin məşqçilikdən uzaqlaşmağı planlaşdırmasına baxmayaraq, tərəflər arasında danışıqların son mərhələdə olduğu deyilir. "Ayntraxt Frankfurt" UEFA Çempionlar Liqasında "Qarabağ"la bu gün keçiriləcək oyundan sonra yeni baş məşqçisini açıqlamaq istəyir.

Marko Rozenin hələ də keçmiş klubu "Leypziq"lə müqaviləsi var. Bu səbəbdən də "Ayntraxt Frankfurt" klubu alman mütəxəssis üçün transfer haqqı ödəməli olacaq.

Əgər "Leypziq"lə danışıqlar uğursuz olarsa, "Ayntraxt Frankfurt"un Xabi Alonso, Rocer Şmidt və Edin Terziç kimi çox sayda alternativ var.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" matçı saat 21:45-də start götürəcək.