"Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2012-ci il 11 aprel tarixli 80 nömrəli Qərarında dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.
Qərarla sözügedən qaydaya aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilib: "Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər".
Həmin Əsasnamənin 3.5-ci bəndində göstərilir ki, yuxarı dövlət orqanı, digər aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla qəbul (təsdiq) olunan normativ hüquqi aktda dəyişiklik yalnız həmin dövlət orqanları (qurumları) ilə razılaşdırıldıqdan sonra edilə bilər. Belə normativ hüquqi aktda ona dəyişiklik edilməsi qaydası göstərilməlidir.