22 yanvar 2026 12:29
100

Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkarlanıb

İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb.

“İki sahil” xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.

Məhsulun dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.