22 yanvar 2026 12:50
114

Ödənişli atalıq məzuniyyəti hüququnun təsbit edilməsi...

Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də uşağın doğulması ilə əlaqədar atalara ödənişli atalıq məzuniyyəti hüququnun təsbit edilməsidir.

Bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəisi Vəli Quliyev mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bildiyiniz kimi bu anlayış Əmək Məcəlləsində mövcud idi, sadəcə olaraq ödənişli deyildi. Yeni tənzimləməyə əsasən, uşağın doğulması ilə bağlı tibb müəssisəsinin arayışı təqdim edildiyi halda, atalara doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Bu dəyişiklik ailə institutunun möhkəmləndirilməsinə, valideyn məsuliyyətinin bölüşdürülməsinə, eyni zamanda işçilərin sosial hüquqlarının genişləndirilməsinə, habelə gender bərabərliyinə xidmət edir.

Yaqut Ağaşahqızı, “İki sahil”