29 yanvar 2026 10:47
93

FHN rəsmisi: Liftlərin təhlükəsizliyi dövlət üçün prioritetdir

Azərbaycandakı liftlərin təhlükəsizliyi dövlət üçün prioritetdir.

“İki sahil” xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov "MyLift" platformasının təqdimatı zamanı çıxışında deyib.

Onun sözlərinə görə, lift təsərrüfatında təlükəsizlik əhəmiyyətli mövzulardandır:

"Liftlər fasiləsiz istifadə olunur və onların təhlükəsizliyi dövlət üçün prioritetdir. Bu baxımdan "MyLift" platformasının yaradılması müsbət addım kimi qiymətləndirilir. Bu platforma məlumatların mərkəzləşdirilmiş və vahid mərkəzdə toplanmasına kömək edir. Agentlik olaraq əsas məqsəd sadəcə nəzarəti gücləndirmək deyil, eyni zamanda təhlükəsizliyi də təmin etməkdir. "MyLift" platforması sənaye təhlükəsizliyi sahəsində gələcəkdə görüləcək işlərə stimul verir. Hər gün milyonlarla insan lifdən istifadə edir".