Ötən il bu kateqoriyaya aid 1284 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.
Əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası tədbirləri ilə yanaşı, onların məşğulluğunun təminatı istiqamətində də işlər aparılır.
Bu işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ötən il əlilliyi olan daha 5800 şəxsi işlə təmin edib.
Özünüməşğulluq proqramının icrasında digər həssas qruplar kimi, əlilliyi olan şəxslərə də üstünlük verilir. 2025-ci ildə Agentlik tərəfindən əlilliyi olan 1284 şəxs üçün proqram çərçivəsində kiçik ailə təsərrüfatları yaradılıb.
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışlarının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı kurslarının təşkili həyata keçirilir. Agentlik tərəfindən Azərbaycan Karlar Cəmiyyəti, Gözdən Əlilliyi olan Şəxslər Cəmiyyəti, digər müxtəlif təşkilatlar, ictimai birliklər və işəgötürənlərlə əməkdaşlıq edilməklə əlilliyi olan şəxslər üçün peşə hazırlığı kursları təşkil olunur.
Ümumilikdə son bir ildə əlilliyi olan 500-dək şəxs peşə kurslarına cəlb olunub. Kursları uğurla başa vurmuş şəxslərin işlə təminatına da dəstək göstərilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın növbəti iclası keçirilib
AMB-nin baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub