31 yanvar 2026 20:51
140

Uşaqların oynadığı əşyalar sursat olduğu məlum olub: 11 top mərmisi müsadirə edilib - Türkiyədə

Türkiyədə uşaqlar bilmədən top mərmiləri ilə oynayıblar.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, hadisə Kırıkkaledə baş verib. Belə ki, Kırıkkale Vilayət Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsi Oğurluq Bürosunun qrupları Kaletepe məhəlləsindəki 1032-ci küçədə fərqli bir məsələ ilə bağlı araşdırma aparan zaman polis əməkdaşları uşaqların bağçada hərbi sursatla oynadığını görüblər. Yaratdığı təhlükə səbəbindən uşaqlar ərazidən uzaqlaşdırıldı və bağ təhlükəsizlik lenti ilə əhatə olundu.

Hadisə yerinə bomba zərərsizləşdirmə mütəxəssisləri və cinayət yeri araşdırma qrupları göndərilib. Qruplar 11 top mərmisini məhv etmək üçün müsadirə ediblər. Şübhəli, metal qırıntıları satıcısı A.D.-nin sursatı Yahşihan rayonundakı Maşınqayırma və Kimya Sənayesi Korporasiyasına (MKE) məxsus məhvetmə yerindən gətirdiyi öyrənildi.

Hadisə ilə bağlı prokurorun göstərişi ilə Terrorla Mübarizə Şöbəsi qrupları tərəfindən araşdırma başladılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”