02 fevral 2026 01:18
114

Messi “Qalatasaray”da oynamaq istəyir?

Lionel Messi “Qalatasaray”da oynaya bilər.

İki sahil” “Haber Global”a istinadla xəbər verir ki, bu bu iddia ilə futbol şərhçisi Levent Tüzemen çıxış edib.

Onun sözlərinə görə, ulduz futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatına hazır olmaq üçün “Qalatasaray”a xüsusi şərtlərlə təklif olunub: "Rəhbərlik bunu təsdiqlədi. Onlar Lionel Messini ABŞ-dan “Qalatasaray”a gətirmək istəyirdilər. Bu, çox aydındır. Messi deyir ki, “Əgər Amerika Liqasında oynasam, burada mənim üçün çətin olar, zədəli olaraq dünya çempionatına getmək istəmirəm”. “Əl Hilal” təklif verdi, amma getmədi”.

L.Tüzemen bildirib ki, Messi İstanbulda oynamaq şərti ilə gələcəyini deyib: “12 oyun, İstanbulda oynamaq üçün. Sizə aldığım məlumatı deyirəm. Səfər oyunlarına getməmək şərti ilə... Bu, bir təklifdir. Belə bir şey ortaya çıxdı, bu, 4 aylıq bir layihədir. Əgər "Qalatasaray" Türkiyə Kubokunun finalında oynasa, Messi üçün qeyd etdikləri 12 matçdan biri bu final olacaq”.

Bildirilib ki,"İnter Mayami"də (ABŞ) oynayan Lionel Messi liqalardakı fasilə səbəbindən özünü 2026-cı il FIFA Dünya Kubokuna hazır saxlamaq istəyir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”