01 fevral 2026 18:00
101

Xizək yarışı üzrə Heydər Əliyev Kubokunun qalibləri mükafatlandırılıb

Fevralın 1-də Qış İdman Növləri Federasiyasının dəstəyi və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə böyüklər arasında həvəskar xizək yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib.

“İki sahil” xəbər verir ki, turnirin sonuncu günündə öncədən qeydiyyatdan keçən,18-22, 23-45, 46-56 və 57+ yaş kateqoriyasında olan 81 həvəskar xizəkçi “Gigant Slalom” növü üzrə yarışıblar.

Turnirin nəticələrinə əsasən qadınlardan ibarət 18-22 yaş kateqoriyasında Valeriya Duçinka 1-ci, rusiyalı xizəkçi Kristina Stepanova 2-ci, eyni kateqoriyadan olan oğlanlar arasında İsmayıl Tağızadə 1-ci, Arif Aşurbəyov 2-ci, Fərid Əliyev isə 3-cü yerə sahib olublar.

23-45 yaş kateqoriyasında Anna Vəliyeva ali kürsüdə ilk yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə Gunay Abdullayeva və Yelena Dubensova bölüşüblər. Oğlanların eyni yaş kateqoriyasında Ramiz Ağayev 1-ci, Nemət Bağısoy 2-ci, rusiyalı xizəkçi Ali Sultanov isə 3-cü olublar.

Qadınların 46-56 yaş qrupunda Sanna Skalabre 1-ci, Turan Tağızadə 2-ci, kişilər arasında Azər Quliyev 1-ci, kanadalı xizəkçi Ceysn Fraser 2-ci, Rəşad Sultan 3-cü yerdə qərarlaşıb.

57+ kişilərin yaş kateqoriyasında Azad Kəlbiyev 1-ci, Süleyman Süleymanov 2-ci, Firudin Hüseynov 3-cü pillədə yer alıblar.

Yarışın sonunda qaliblər kubok və medallarla təltif olunub, onlara müxtəlif həvəsləndirici hədiyyələr verilib.