Suriyaya "Yaxın Şərq bataqlığı" dedilər və Türkiyənin təhlükəsizliyinin bu ölkə ilə bağlı olduğunu qəbul etmədilər.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarına müraciətində deyib.
"13 il ərzində Suriyada baş verənləri anlamayanlar bu gün də eyni siyasi mövqedə qalıblar" , - o bildirib.
Onun sözlərinə görə, Türkiyə Suriya daxil olmaqla regionun digər ölkələrində də sülh və sabitlik üçün çalışır.
Kabine Toplantısı Sonrası Millete Sesleniş https://t.co/pucE4W223j
— Recep Tayyip Erdoğan (@RTErdogan) February 2, 2026