07 fevral 2026 16:47
112

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb

Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.

Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.

Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, hadisə ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliməsinə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb.