07 fevral 2026 20:49
104

Evdən 10 min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb

Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla oğurlandığını bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır