08 fevral 2026 20:16
104

Türkiyədə hərəkətdə olan sərnişin avtobusu yanıb - VİDEO

Qaziantepdə (Türkiyə) şəhərdaxili sərnişin avtobusu hərəkətdə olduğu zaman alovlanıb.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, mühərrik bölməsində başlanan yanğın nəticəsində avtobus tamamilə məhv olub.

Xoşbəxtlikdən, hadisə nəticəsində heç kim xəsarət almayıb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Bildirilir ki, tüstünü görən sürücü avtobusu yolun kənarında saxlayıb və sərnişinləri təxliyə edib.

Yanğınsöndürənlər yanğını söndürüblər.

Ölən və yaralanan olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”