Cənubi Koreyada ölkənin silahlı qüvvələrinə aid “AH-1S Cobra” həmlə helikopteri qəzaya uğrayıb.
“İki sahil” xəbər verir ki, insident Qapyunq əyalətində təlim uçuşu zamanı baş verib və helikopterin yerə çırpılması nəticəsində göyərtədə olan hər iki heyət üzvü həyatını itirib.
Hələlik qəzanın səbəbləri aydın deyil.
Qurbanlar toqquşmadan sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılsalarda , həkimlər onların həyatını xilas edə bilməyib.
Qəza ilə əlaqədar Koreya ordusunda “AH-1S” helikopterlərinin istismarı qəza səbəbləri tam aydınlaşdırılana qədər, qeyri-müəyyən müddətə dayandırılıb.
Yaşar Güler: Gündəlikdə Türkiyə qoşunlarının Suriyadan çıxarılması məsələsi yoxdur