Beynəlxalq Valyuta Fondu (IMF) Azərbaycanın qeyri-neft iqtisadiyyatında 2026-cı ildə artımın təxminən 4%-ə yaxın olacağını proqnozlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə IMF -dən bildirilib.
Azərbaycanın ümumi iqtisadi artımının 2026-cı ildə təxminən 2,5% olacağı və növbəti illərdə də bu səviyyə ətrafında qalacağı gözlənilir.
Fondun qiymətləndirməsinə görə, bu bərpa 2025-ci ildə müşahidə olunan daha zəif artımdan sonra iqtisadiyyatın tədricən normallaşmasını əks etdirir. Xüsusilə neft sektorunda istehsalın azalmasının 2026-cı ildə cəmi 0,5% olacağı gözlənilir ki, bu da ümumi iqtisadi artıma mənfi təsirin məhdud qalacağını göstərir.
IMF qeyd edib ki, qeyri-neft iqtisadiyyatında artımın 3,7% səviyyəsinə yüksəlməsi əlverişli baza effektləri və neft qiymətlərinin yüksək səviyyədə qalacağı fərziyyəsi fonunda mümkün olacaq.
Fond eyni zamanda region üzrə proqnozlara da toxunaraq bildirib ki, Mərkəzi Qafqaz və Mərkəzi Asiya (CCA) regionunda iqtisadi artımın 2026-cı ildə 4,7% səviyyəsində qalacağı gözlənilir. Bu göstərici kredit genişlənməsi, fiskal stimullar və karbohidrogen istehsalının artması ilə əlaqələndirilir.
IMF orta müddətli dövrdə isə artım tempinin zəifləyə biləcəyini və regionun yeni inkişaf mənbələrinə, o cümlədən diversifikasiya və özəl sektorun aparıcı roluna əsaslanan artım modelinə keçid etməsinin vacib olduğunu vurğulayıb.
Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalına çəkdiyi xərci 8 %-dən çox azaldıb
Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib