09 fevral 2026 11:06
172

Qidadan zəhərlənən sakinlər ambulator müalicə üçün evə buraxılıblar

Qidadan zəhərlənən Quba sakinləri ambulator müalicə üçün evə buraxılıblar. 

Bu barədə "İki sahil"in Şimal bürosuna Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, "08.02.2026-cı il tarixində saat 14:00 radələrində  zəhərlənmə şübhəsi ilə 8 nəfər (2 kişi, 6 qadın) şəxs), Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 8 nəfərin hər biri ambulator müalicə üçün evə buraxılıb."
Qeyd edək ki, ötən gün Quba rayonunun Xucbala kənd sakinləri zəhərlənmə diaqnozu ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.


Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan