
Müvafiq qərar dünən Türkiyənin rəsmi qəzetində dərc olunub. Qərara əsasən, TPAO-ya ümumi sahəsi 52 min 903 hektar, 51 min 615 hektar, 20 min 993 hektar və 38 min 215 hektar olan dörd sahədə səkkiz il müddətinə neft və qaz axtarışı aparmaq hüququ verilib. Şirkət bu ərazilərdə Türkiyənin ərazi suları daxilində neft və qaz ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə kəşfiyyat işləri həyata keçirəcək.
Axtarış fəaliyyətləri regionun enerji potensialının üzə çıxarılması və ölkə iqtisadiyyatına töhfə verilməsi hədəfi ilə icra olunacaq.

Quru sahələr üzrə müddət uzadılıb
Eyni zamanda, TPAO-nun Türkiyənin Adıyaman və Hakkari vilayətlərində yerləşən iki quru sahəsi üzrə neft axtarışı lisenziyalarının müddəti uzadılıb. Belə ki, ümumi sahəsi 43 min 150 hektar olan ərazi üzrə lisenziyanın müddəti 12 yanvar 2028-ci ilədək, 36 min 25 hektar sahəni əhatə edən ərazi üzrə isə 1 yanvar 2028-ci ilədək artırılıb.
Orxan Vahidoğlu, “İki sahil”
Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalına çəkdiyi xərci 8 %-dən çox azaldıb
Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib