09 fevral 2026 18:03
108

Lökbatanda 36 yaşlı kişi dərmandan zəhərlənərək ölüb

Bakıda 36 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.

“İki sahil” xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbə sakini - 1990-cı il təvəllüdlü İsgəndər Hacıbaba oğlu Hacıyev dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanada ölüb.

Araşdırma aparılır.