09 fevral 2026 18:08
105

Agentlik: Ali təhsilli 176 nəfər peşə təhsili müəssisələrinə qəbul olub

Son üç ildə ali təhsilli 176 nəfər peşə təhsili müəssisələrinə qəbul olub.

“İki sahil” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2023/2024-cü tədris ilində 37 nəfər, 2024/2025-ci tədris ilində 74 nəfər, 2025/2026-cı tədris ilində isə 65 nəfər ali təhsilli şəxs peşə təhsili müəssisələrinə qəbul edilib.