Bu ilin sonuna qədər Çin sərhədindən Xəzər dənizinə yüklərin çatdırılma müddəti 84 saatdan 55 saata endiriləcək.
“İki sahil” xəbər verir ki, Baş nazir Oljas Bektenov bu barədə Prezident Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən genişləndirilmiş hökumət iclasında bildirib.
“Bu il biz 475 kilometrlik iki dəmir yolu xəttinin tikintisini və 2900 kilometrlik yolun modernləşdirilməsini başa çatdıracağıq. Bu, tranzit daşımalarını 60% artıracaq və tranzit konteyner qatarlarının sürəti saatda 50 kilometrə çatacaq”, - deyə Bektenov vurğulayıb. Bundan başqa, 11 min kilometrlik yolda tikinti və yenidənqurma işləri də aparılacaq.
Oljas Bektenov qeyd edib ki, dəmir yolu infrastrukturunun yüksək dərəcədə aşınması tranzit potensialının dinamik inkişafına mane olan amillərdən biri olaraq qalır. Buna görə də, əsas dəmir yolu şəbəkəsinin modernləşdirilməsi üzrə kompleks proqramın həyata keçirilməsi hökumətin daimi nəzarəti altındadır.
Baş nazir bildirib: “Bu il Astana hava limanında ikinci uçuş-enmə zolağının tikintisinə başlayacağıq. İkinci uçuş-enmə zolağının istifadəyə verilməsi 20 ildən çoxdur ki, təmir işləri aparılmayan birinci zolaqda əsaslı rekonstruksiyaya başlamağa imkan verəcək. Bu, paytaxt hava limanının tutumunu dörd dəfə artıraraq 40 milyon sərnişinə çatdıracaq”.
Onun sözlərinə görə, Almatı hava limanının daxili terminalının yenidən qurulması bu ilin iyul ayında başa çatacaq. Onun sərnişin tutumu 14 milyondan 19 milyon nəfərə qədər artacaq.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib