İcbari Sığorta Bürosuna sığorta şirkətlərindən daxil olan sorğular 97% azalıb.
“İki sahil” xəbər verir ki, bunu bu gün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova büronun 2025-ci ildə icra olunmuş strateji layihələri üzrə hesabatının təqdimatında bildirib.

Onun sözlərinə görə, büro üzvü olmayan sığortaçılar üçün könüllü sığorta müqavilələri üzrə “Forma 4” məlumatlarının elektron qaydada sorğulanmasının təmin edilməsi layihəsi tamamlanıb: "Nəticədə sığorta şirkətlərinin bu növ sorğular üçün Büroya müraciət etməsinə ehtiyac qalmayıb və məlumatların sığorta şirkətləri tərəfindən birbaşa əldə edilməsi imkanı yaradılıb.
Bununla da büroya daxil olan sorğuların sayı aylıq təxminən 600-dən 15–20-yə enib, yəni təxminən 97% azalıb".
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb
Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günüdür