Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının yeni təhlükəsizlik arxitekturasının Rusiyanın iştirakı ilə formalaşdırılmasının vacib olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, bu barədə İspaniyanın "El País" qəzetinə verdiyi müsahibədə danışıb.
“Biz Avropada yeni təhlükəsizlik arxitekturasını Rusiya ilə birlikdə qurmalı olacağıq”, — deyə Fransa lideri vurğulayıb.
Makron daha əvvəl Avropa ölkələrinin liderlərinə Rusiya ilə dialoqun yenidən bərpa olunmasını təklif etdiyini də açıqlamışdı.
Eyni zamanda, "Politico" nəşri mənbələrə istinadla yazıb ki, Avropa İttifaqında Rusiya ilə dialoqun yenidən qurulmasının tərəfdarları getdikcə artır.