Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 20,79 milyon ABŞ dolları dəyərində 26 449 ton polivinilxlorid (PVC) idxal edib.
“İki sahil” xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18 %, kəmiyyət olaraq – 16 % azdır.
Hesabat dövründə Azərbaycan Rusiyadan 11,97 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 30 % az) 17 429 ton (-22 %), İrandan 3,26 milyon ABŞ dolları dəyərində (+6 %) 3 762 ton (+11 %), Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2,79 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 3 202 ton (+4,3 dəfə), Türkiyədən 1,85 milyon ABŞ dolları dəyərində (+21 %) 1 min 243 ton (+1,8 %), Çindən 746 min (+3,6 dəfə) ABŞ dolları dəyərində 717 ton (+4 dəfə) məhsul alıb.
2024-cü ildə Azərbaycana idxal edilmiş 31,3 min ton PVC-nin 80 %-i Rusiyanın payına düşüb.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib