11 fevral 2026 12:32
96

"Qarabağ" – "Nyukasl" matçının biletləri satışa çıxır

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk matçın biletləri sabah satışa çıxarılacaq.

“İki sahil” xəbər verir ki,  Ağdam klubundan verilən məlumata görə, biletlər gün ərzində satışda olacaq. Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunu saat 21:45-da başlayacaq.