İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Microsoft” şirkətinin Mərkəzi Avropa və Mərkəzi Asiya regionu üzrə prezidenti Barbora Pauloviç Dekkerova ilə görüşüb.
Nazirlikdən “İki sahil”ə verilən məlumata görə, görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti, rəqəmsal iqtisadiyyatın inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Ölkəmizdə innovasiya ekosisteminin gücləndirilməsi, texnoloji təcrübənin tətbiqi və digər sahələr üzrə əməkdaşlıq potensialı qeyd olunub.
Tərəflər ölkəmizdə rəqəmsal həllərin tətbiqi, süni intellekt texnologiyalarının inkişafı, kadr potensialının artırılması, eləcə də sənaye və dövlət sektorunda rəqəmsal texnologiyaların tətbiqinə dair nümunələri nümayiş etdirən Rəqəmsal Bacarıq Mərkəzinin (Digital Capability Center) yaradılması üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. “Microsoft”la işbirliyi çərçivəsində birgə layihələrin reallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər sahələr üzrə potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, “Microsoft” qlobal miqyasda proqram təminatı, bulud texnologiyaları, süni intellekt, informasiya təhlükəsizliyi və rəqəmsal həllər sahəsində fəaliyyət göstərən aparıcı texnologiya şirkətlərindən biridir. Şirkət dünyanın 190-dan çox ölkəsində fəaliyyət göstərir və innovativ texnoloji məhsul və xidmətləri ilə rəqəmsal transformasiyanın sürətləndirilməsinə töhfə verir.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib