Azərbaycanın dövlət şirkətlərində internet sürətinin saniyədə 200 meqabit/saniyəyə çatdırılması planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə deyib.
"Rəqəmsallaşma özü mərhələli bir prosesdir və bu gün biz dünyanın keçdiyi yolu demək olar ki, mərhələli şəkildə keçməkdəyik. Bu, ilkin məlumatların elektronlaşdırılmasıdır. Başqa sözlə, məlumatların kağız daşıyıcılardan elektron daşıyıcılara keçirilməsidir. İkinci mərhələ xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır. Artıq burada da bir çox proseslər həm dövlət şirkətləri və eyni zamanda, özəl şirkətlər tərəfindən kifayət qədər irəliləmişdir. Gedəcəyimiz son nöqtə, “ağıllı” və proyektiv xidmətlərin formalaşdırılmasıdır ki, bu da rəqəmsal transformasiyanı özündə ehtiva edir", - deyə nazir bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası xüsusi önəm daşıyır.
"Bununla yanaşı, rəqəmsal inkişaf konsepsiyası qəbul edildikdən sonra təxminən 200-dən çox normativ-hüquqi aktda düzəlişlər edilmişdir və yeniləri qəbul olunmuşdur. Bununla yanaşı, infrastrukturun genişlənməsi artıq tam şəkildə təmin edilmişdir.
“Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılmışdır. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin", - deyə nazir bildirib.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib