Kiyevə gecə ərzində endirilən bir sıra zərbələrdən sonra 107 min ailə elektrik enerjisiz qalıb.
“İki sahil” xəbər verir ki, Ukraynanın enerji holdinqi “DTEK” bu barədə özünün sosial media hesabında məlumat yayıb.
Ukrayna mediası Kiyevdə gecə saatlarında iki güclü partlayışın qeydə alındığını yazıb.
Qeyd edək ki, 2025-ci ilin sonlarından başlayaraq Ukrayna paytaxtının enerji obyektlərinə ciddi ziyan dəyməsi səbəbindən Kiyevdə və ətraf bölgədə mütəmadi elektrik kəsintiləri baş verir. Yanvar ayında şəhər meri Vitali Kliçko sakinləri istilik və elektrik təchizatı problemləri səbəbindən mümkün olduqda paytaxtı tərk etməyə və ərzaq, su və dərman ehtiyatı toplamağa çağırıb. Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıqal isə Kiyevdə elektrik təchizatı ilə bağlı vəziyyəti kritik adlandırıb.
Paşinyan: Səfirliklər vətəndaşlarına sərhəd rayonlarımıza səfər etməməklə bağlı çağırışları dayandırmalıdır
Britaniya Ukraynanın hava hücumundan müdafiəsi üçün 500 milyon funt sterlinq ayırır