Madaqaskarda "Gezani" qasırğası səbəbindən ölənlərin sayı 31-ə çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər yerli hakimiyyətə istinadən məlumat yayıb.
Ölkə hökumətinin məlumatına görə, qurbanların sayı daha da arta bilər, çünki bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur.
Bundan əlavə, çox sayda insan ağır xəsarət alıb.
Xilasedicilər gecə-gündüz işləməyə davam edir. Minlərlə insan təhlükəsiz yerlərə təxliyə edilib.
Paşinyan: Səfirliklər vətəndaşlarına sərhəd rayonlarımıza səfər etməməklə bağlı çağırışları dayandırmalıdır
Britaniya Ukraynanın hava hücumundan müdafiəsi üçün 500 milyon funt sterlinq ayırır