Beynəlxalq sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən LRQA Turkey ilə Azərbaycanda fəaliyyət göstərən “Vecon Consulting” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə "İki sahil"ə AQC İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.
Bildirilir ki, razılaşmaya əsasən, “Vecon Consulting” LRQA Turkey-in satış agenti qismində fəaliyyət göstərəcək.
Saziş çərçivəsində “Vecon Consulting” yeni müştərilərin cəlb edilməsi istiqamətində fəaliyyət aparacaq və sertifikatlaşdırma xidmətlərinin təşviqində iştirak edəcək. Sertifikatlaşdırma müqavilələri isə birbaşa LRQA tərəfindən həyata keçiriləcək.
Qeyd edək ki, LRQA-nın tarixi kökləri 1760-cı ildə Londonda yaradılmış və dünyanın ilk gəmi təsnifat cəmiyyəti kimi tanınan Lloyd’s Register (LR) təşkilatına dayanır.
Keyfiyyət təminatı və idarəetmə sistemlərinin qiymətləndirilməsi istiqamətində ayrıca struktur isə 1985-ci ildə formalaşdırılıb. Həmin ildə Lloyd’s Register-in tərkibində Lloyd’s Register Quality Assurance (LRQA) bölməsi yaradılıb və ISO 9000 kimi beynəlxalq idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılması üzrə fəaliyyətə başlayıb. İmzalanan əməkdaşlıq yerli biznes subyektlərinin beynəlxalq standartlara çıxış imkanlarını genişləndirəcək.
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib