Ermənistanda fəaliyyət göstərən səfirliklər öz vətəndaşlarını ölkənin sərhədyanı rayonlarına səfər etməməyə çağırmağa son qoymalıdır.
“İki sahil” yerli KİV-lə istinadla xəbər verir ki, bunu hökumət iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, keçmiş illərdə bəzi səfirliklər vətəndaşları sərhədyanı əraziləri, xüsusilə Sünik vilayətini ziyarət etməkdən çəkinmələri barədə daim xəbərdar edirdilər: "Cənab Mirzoyan (xarici işlər naziri Ararat Mirzoyan - red.), bu səfirliklərlə işləmək lazımdır ki, onlar bunu davam etdirməsinlər".
N.Paşinyan qeyd edib ki, beynəlxalq hesabatlarda Ermənistan cinayət səviyyəsi baxımından təhlükəsiz ölkə kimi göstərilir, 2025-ci il məlumatları da bunu təsdiqləyir.
ABŞ Dövlət Departamenti: Vensin Bakıya səfəri regional sabitlik üçün möhkəm zəmin yaradıb
Britaniya Ukraynanın hava hücumundan müdafiəsi üçün 500 milyon funt sterlinq ayırır